QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Yəmənin “Ənsar Allah” hərəkatına bağlı husilər Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını və “Saudi Aramco” şirkətinin obyektlərini hədəfə aldıqlarını bəyan ediblər.

Hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyanın sözlərinə görə, əməliyyatlarda çox sayda ballistik və qanadlı raket, həmçinin pilotsuz uçuş aparatları tətbiq olunub.

Husilər Xurays yatağında yerləşən şirkət obyektlərinə, eləcə də Səudiyyə Ərəbistanının mərkəzindəki əd-Dəvadimi şəhərindəki nasos stansiyasına hücum etdiklərini də açıqlayıblar.