QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. Söhbət zamanı ikitərəfli əlaqələr, eləcə də regional və qlobal mövzular nəzərdən keçirilib.

Türkiyə Prezident Administrasiyasının açıqlamasında bildirilib ki, Ərdoğan Ankara ilə Vaşinqton arasında əməkdaşlığın genişlənəcəyinə ümid etdiyini deyib. O, əlaqələrə yeni təkan vermək üçün işlərin davam etdiriləcəyini vurğulayıb.

Ərdoğan İran və ABŞ arasındakı gərginliyin azaldılmasının, problemlərin isə diplomatik vasitələrlə həllinin vacibliyini qeyd edib. Türkiyənin regionda sülhün bərqərar olması üçün fəaliyyətini davam etdirəcəyini bildirib.

Türkiyə Prezidenti Ukrayna-Rusiya müharibəsinin sona çatdırılması yönündə diplomatik təşəbbüslərin müsbət nəticə verəcəyinə inamını ifadə edib. Bu məqsədlə həm Ukrayna, həm də Rusiya ilə təmasların artırılmasını əhəmiyyətli sayıb.

Ərdoğan Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə verdiyi dəstəyə görə Trampla təşəkkürünü də bölüşüb.