QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Türkiyənin Van-Özalp avtomobil yolunda TIR-la mikroavtobus toqquşub. Qəza nəticəsində 7 nəfər ölüb, daha 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə barədə məlumat verildikdən sonra əraziyə təcili tibbi yardım, polis və jandarma əməkdaşları, AFAD, Milli Tibbi Xilasetmə Qrupu və yanğınsöndürənlər göndərilib.
Xəsarət alanlar xəstəxanaya aparılıb. Qəzanın səbəbləri ilə bağlı araşdırma davam edir.