QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Fransanın müxtəlif şəhərlərində artan yaşayış xərclərinə və əhalinin alıcılıq qabiliyyətinin zəifləməsinə etiraz edən təxminən 146 min nəfər nümayişlərə qatılıb.

“Le Monde” qəzetinin ölkənin Daxili İşlər Nazirliyinə əsaslanan məlumatında Parisdə aksiyalarda 46 min nəfərin iştirak etdiyi bildirilib.

Həmkarlar ittifaqlarının açıqlamasına görə isə ölkə üzrə nümayişçilərin sayı 250 min, Parisdə iştirakçıların sayı 75 min nəfər olub.

Daxili İşlər Nazirliyi aksiyaların ümumilikdə sakit şəraitdə keçirildiyini qeyd edib.