QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ Konqresindəki demokratlar Ukraynaya təxminən 15 milyard dollar həcmində yeni təhlükəsizlik yardımı ayrılması imkanını nəzərdən keçirirlər.
Məlumata görə, bu rəqəmi ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çalışan demokratın adı açıqlanmayan köməkçisi açıqlayıb.
Təşəbbüs hələ müzakirə olunur. Bununla bağlı qanun layihəsi təqdim edilməyib, müəlliflərin kimliyi açıqlanmayıb və səsvermə günü müəyyənləşməyib.