QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla müharibə zamanı Vaşinqtonun hərbi müdafiə etdiyi ölkələrin ABŞ-nin çəkdiyi xərcləri bütövlükdə ödəməli olduğunu deyib.
Tramp bu fikirləri “CBS News”a müsahibəsində səsləndirib. O bildirib ki, ABŞ-nin müdafiə etdiyi dövlətlər müharibə dövründə çəkilən bütün məsrəfləri qarşılamalıdır.
“Biz olmasaydıq, onların mövcudluğu belə mümkün olmazdı. Biz olmasaydıq, İsrail də olmazdı”, – deyə ABŞ lideri vurğulayıb.
Tramp administrasiyasının İsrailin təhlükəsizliyindəki rolundan da danışıb. ABŞ Prezidenti fikrini təkrarlayaraq, “Donald Tramp olmasaydı, İsrail mövcud olmazdı”, – deyib.