QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, noyabrın 7-də Günəşdə 24 saat ərzində 29 partlayış qeydə alınıb. Bu, XXI əsrdə müşahidə edilən rekord sayın yenidən qeydə alınmasıdır.
Məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası yayıb. Laboratoriyanın açıqlamasında NOAA-nın beynəlxalq kataloqundakı qeydlərə istinadla bildirilib ki, 2000-ci ildən bu yana Günəşdə sutka ərzində 29 partlayış yalnız iki dəfə baş verib: 2022-ci il mayın 5-də və 2024-cü il dekabrın 10-da.
Laboratoriyanın məlumatına əsasən, noyabrın 7-dəki partlayışların hamısı Günəş diskinin hazırda mərkəzində yerləşən 4566 nömrəli eyni ləkələr qrupunda qeydə alınıb.