QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Yaponiya hökuməti yenin mövqeyini qorumaq üçün 7,98 trilyon yen, yəni təxminən 50,4 milyard dollar həcmində müdaxilə edib. Bu, ölkə tarixində bir dəfəyə həyata keçirilən ən böyük valyuta əməliyyatıdır.
Yaponiya Maliyyə Nazirliyinin açıqlamasına əsasən, müdaxilə 2026-cı il iyulun 30-da yenin dollar qarşısında sürətlə ucuzlaşdığı vaxt baş tutub.
İyulun sonlarında bir dolların məzənnəsi 163–164 yenə çatıb. Bu, Yaponiya valyutasının təxminən 40 ilin ən aşağı göstəricisi olub. Ardınca Yaponiya və ABŞ-ın maliyyə qurumları 2011-ci ildən sonra ilk dəfə koordinasiyalı müdaxilə həyata keçiriblər.
Əməliyyatdan sonra yen möhkəmlənərək bir dollar üçün 157–158 səviyyəsinə yüksəlib.
Yaponiya hakimiyyəti 2026-cı ilin aprel və may aylarında da ayrıca müdaxilələr edib, lakin onların təsiri uzun çəkməyib.
Yerli müşahidəçilər yenin uzunmüddətli zəifləməsinin başlıca səbəbləri sırasında Yaponiya ilə Qərb ölkələrindəki faiz dərəcələri arasındakı fərqi göstərirlər. Xaricdə faizlərin daha yüksək olması investorların xarici valyutada ifadə edilən aktivlərə marağını artırır.
Hazırda dollar təxminən 158 yenə bərabərdir.