QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov onun adından açılmış TikTok hesabı ilə bağlı açıqlama verib.

Rza Talıbov sosial şəbəkədə @talibov_010_85 adı altında fəaliyyət göstərən profilin icazəsi və razılığı olmadan yaradıldığını, saxta olduğunu bildirib.

“Diqqətinizə çatdırmaq istəyirəm ki, TikTok sosial şəbəkəsində @talibov_010_85 adı ilə fəaliyyət göstərən səhifə mənim icazəm və razılığım olmadan açılmış saxta (fake) profildir.

Xahiş edirəm, bu məlumatı nəzərə alasınız və həmin səhifəyə etibar etməyəsiniz. Diqqətiniz və anlayışınız üçün təşəkkür edirəm!”, – deyə Rza Talıbov qeyd edib.

Qeyd edək ki, Rza Talıbov Vasif Talıbovun böyük oğludur. O, Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi və 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviridir.