QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyə İsrail hökumətini Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransı (COP31) çərçivəsindəki liderlər sammitinə çağırmayıb.
COP31-in prezidenti, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib ki, sammit iştirakçılarına dəvətləri ev sahibi ölkə göndərir. Onun sözlərinə görə, Türkiyə İsrail hökumətinə dəvət ünvanlamayıb.
Kurum qeyd edib ki, bütün ölkələrin BMT-nin himayəsi altında aparılan danışıqlara qatılmaq, mövqelərini və layihələrini təqdim etmək hüququ var. Bu səbəbdən BMT-nin təşkil etdiyi tədbirlərə bütün ölkələr dəvət olunur, lakin İsrail liderlər sammitinə çağırılmayıb.
Nazir əlavə edib ki, beynəlxalq iqlim konfransının Türkiyədə keçirilməsi Ankaranın İsrailə münasibətinə təsir etməyəcək.