QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Türkiyə hərbçiləri İraqın şimalında yerləşən Zlikan bazasını tərk edəcək.

İraqın Baş naziri Əli Faleh əz-Zeydi bildirib ki, Türkiyə qüvvələri 2026-cı ilin sonunadək İraqdan tam çıxacaq.

Türkiyə mediası bir gün əvvəl Başika-Zilikan bazasının mərhələli şəkildə İraq Federal Hökumətinə verilməsi üçün zəruri addımların atılması barədə razılıq əldə olunduğunu yazıb.