QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Quba rayonunun yüksək dağlıq ərazilərində yağan güclü qar Qrız və Xınalıqda qar örtüyünün artmasına səbəb olub. Qrızda qarın qalınlığı 27, Xınalıqda isə 25 santimetrə çatıb.
Səhər saatlarında Quba-Xınalıq avtomobil yolunda hərəkət çətinləşib. Tətil günlərində Xınalığa səfər edən turistlərdən bəziləri yol şəraitinin təhlükəli olması ilə əlaqədar geri dönüblər.
Yolda nəqliyyatın hərəkətini təmin etmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikası əraziyə göndərilib. Görülən işlərdən sonra yol açılıb və hərəkət bərpa olunub.
Hazırda Quba-Xınalıq avtomobil yolu açıqdır. Sürücülərə zərurət yaranmadıqca bu istiqamətə getməmək, səfərə çıxanlara isə yol və hava şəraitini nəzərə alaraq ehtiyatlı davranmaq tövsiyə olunur.