QafqazNews Kommersant-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Çin ölkələrinin ABŞ ilə İran arasındakı münaqişənin nizamlanmasına kömək etdiyini bəyan edib.

"Məncə, hər iki ölkə İrana dair razılaşmanın olmasını istəyir. Və məncə, onlar bu baxımdan mənə yardım edirlər", — deyə Tramp jurnalistlərlə söhbətində bildirib.

Daha əvvəl təşəkkür günü münasibətilə amerikalı hərbçilərlə söhbətində Donald Tramp ABŞ-ın İrana qarşı qələbəsinin artıq yaxın olduğunu söyləyib. O qeyd edib ki, Vaşinqton Tehrana razılaşma bağlaması üçün bütün imkanları təqdim edir, lakin İranda bu şansdan istifadə olunacağına əmin olmadığını vurğulayıb.