QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rütte görüş zamanı Rusiya ilə Ukrayna arasındakı müharibəni və İrandakı münaqişəni müzakirə ediblər.

Ağ Evin mətbuat xidmətinin yaydığı birgə bəyanatda görüşün məhsuldar keçdiyi bildirilib. Sənəddə Haaqa və Ankara sammitlərində əldə olunan rekord nəticələr də müzakirə mövzuları sırasında göstərilib.

Tramp və Rütte, həmçinin ABŞ və digər NATO ölkələrinin hərbi xərcləri artırmasını, eləcə də müdafiə sənayesinə investisiyaların genişləndirilməsini nəzərdən keçiriblər.