QafqazNews TRT Haber-a istinadən xəbər verir ki, Antalyada keçirilən Growtech Kənd Təsərrüfatı Sərgisində çıxış edən Ekonomik İşbirliği Ülkeleri Tohumcular Birliği (ECOSA) rəhbəri Yıldıray Gençer Türkiyənin son 25 ildə toxumçuluq sahəsində ciddi inkişaf etdiyini və 120-dən çox ölkəyə toxum ixrac etdiyini bildirib.

Gençer qeyd edib ki, ECOSA Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran, Əfqanıstan və Pakistan daxil olmaqla 10 ölkəni təmsil edir. Onun sözlərinə görə, birlik ölkələr arasında toxum ticarətinin inkişafı və toxumçuluq siyasətləri ilə qaydalarının infrastrukturunun yaradılması üzərində işləyir. ECOSA-nın 2009-cu ildə təsis edildiyini və xüsusən son illərdə mühüm fəaliyyətlər həyata keçirdiyini vurğulayıb.

Gençer Türkiyənin bu 10 ölkə arasında toxumçuluqda daha üstün mövqedə olduğunu bildirib və əlavə edib: "Türkiyədəki toxumçuluq son 25 il ərzində çox ciddi bir nöqtəyə gəldi. Türkiyə olaraq 120-dən çox ölkəyə toxum ixrac edən bir infrastrukturə sahibik."

O deyib ki, birlik hər il bir ölkədə konqres təşkil edərək yüksək səviyyəli iştiraklarla sektorun gələcəyinə dair addımlar atır. Gençer Türkiyədən sonra ən inkişaf etmiş toxumçuluq strukturuna malik ölkənin İranda olduğunu, digər ölkələrin isə Türkiyədən geri qaldığını qeyd edib.

Bundan əlavə, Gençer məsələni yalnız ticarət tərəfi ilə görmədiklərini, bu ölkələrlə qəlbi əlaqələrin də mövcud olduğunu vurğulayıb. O bildirib ki, qardaş ölkələrlə birlikdə güc birliyi yaratmaq, onların xarici mənbələrdən toxum almaqdan öncə Türkiyədən almağa və Türkiyə ilə ortaq istehsal, AR-GE və layihələr həyata keçirməyə təşviq etmək istəyirlər.

Gençer son beş ildə əhəmiyyətli irəliləyiş əldə edildiyini, gələcəkdə on il ərzində daha böyük uğurların görünəcəyinə ümid etdiklərini əlavə edib.