QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Nazirliyin “X” sosial şəbəkə hesabında yayılan mesajda “Zəfər Günün mübarək olsun, qəhrəman Azərbaycan!” ifadəsi yer alıb. Paylaşımda Qarabağda altı il əvvəl qazanılan qələbə xatırladılıb və Azərbaycan türkü qardaşların Zəfər Günü təbrik olunaraq onlara səmimi salamlar çatdırılıb.