QafqazNews Interfax-a istinadən xəbər verir ki, Türkmənistanın Xarici İşlər naziri Rəşid Miredov ölkədə Rusiya səfiri İvan Volınkinlə görüşüb.

Görüşdə siyasi-diplomatik dialoqun davam etdirilməsinə və ali və yüksək səviyyələrdə qarşılıqlı səfərlərin təşkilinə xüsusi diqqət ayrılıb.

Tərəflər həmçinin türkmən-rus gündəliyindəki aktual məsələləri müzakirə edərək iki tərəfli əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparıblar və qarşılıqlı fəaliyyətin davam etdirilməsi istiqamətlərini müəyyənləşdiriblər.

Görüş Türkmənistan Xarici İşlər Nazirliyində keçirilib.