QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Ukrayna ordusu Başqırdıstan Respublikasında yerləşən “Subxankulovo” neft stansiyasına zərbələr endirib.
Ukrayna Teleqram kanallarının yaydığı məlumata əsasən, hücumdan sonra stansiyanın ərazisində güclü partlayışlar və yanğınlar qeydə alınıb.
“Transneft”ə məxsus stansiya Qərbi Sibir və Başqırdıstandan gətirilən nefti qəbul edib saxlayır. Buradan neft nasoslarla emal zavodlarına və magistral boru kəmərlərinə ötürülür.