QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Ukraynanın Bakıdakı səfiri Yuri Qusev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Diplomat təbrikini “X” sosial şəbəkəsindəki paylaşımında çatdırıb.
“Ədalətin təntənəsini, suverenliyi və ölkənin ərazi bütövlüyünün bərpasını simvolizə edən Zəfər Günü münasibətilə Azərbaycan rəhbərliyini və qardaş xalqını təbrik edirəm! Azərbaycana sülh, birlik, rifah və gələcək uğurlar arzulayıram!” – deyə səfir yazıb.