QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə Yasamal rayonunda şəhidlərin xatirəsi anılıb. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Ülvi Quliyev və Göydəniz Qəhramanov, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Hərbi Memorial Məzarlığına gediblər. Vətənin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi ehtiramla yad edilib, abidənin önünə gül dəstələri düzülüb.

Daha sonra Yasamal rayon şəhidlərinin xatirə kompleksi ziyarət olunub. Şəhidlərin məzarları önünə əklil qoyulub.

Sonda Elşad Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər parkına baş çəkərək şəhidlərin xatirəsini anıb.