QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, müdafiə naziri Zakir Həsənovla Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin qucağında görüntülənən əkiz uşaqların kimliyi bəlli olub.

Əkizlər Cəlilabad rayonunun Şiləvəngə kəndindən olan şəhid Elvin Şükürlünün qardaşı, qazi mayor Elnur Şükürovun övladlarıdır.

Uşaqlardan birinə şəhid əmisi Elvinin, digərinə isə Qarabağ müharibəsi veteranı olan babası Azadın adı verilib.