QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Kamal televiziya efirinə qayıtmağa hazırlaşır. O, bu barədə TikTok-da canlı yayım zamanı danışıb.
Kamalın sözlərinə görə, yeni mövsüm üçün hazırlıq işləri davam edir. Verilişin adı ilə bağlı bir neçə variantın olduğunu bildirən aparıcı proqramı fərqli formatda təqdim edəcəyini deyib.
“Yeni mövsüm başlayanda efirlərimizin hansı formatda olacağını da açıqlayacağıq. Hazırlıqlar hələ davam edir. Veriliş üçün bir-iki ad variantı var, seçim edəcəyik. Mən fərqli formatda olacağam. Azərbaycan üçün yeni olacaq, möhtəşəm olacaq. Televiziya efiri olacaq”, – deyə Zaur Kamal bildirib.
Canlı yayımda müğənnilərlə münasibətlərinə də toxunan aparıcı çətin günlərində bəzi sənət adamlarının onunla maraqlanmadığını söyləyib. “Bağda ərik var idi, salam-əleyk var idi... Müğənnilərin heç yadına düşmürük. Soruşmurlar ki, kefin, əhvalın necədir, nəyə ehtiyacın var?” – deyə o qeyd edib.