QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 2027-ci ildə Azərbaycanın dövlət büdcəsindən sosialyönlü xərclərə 18,7 milyard manat ayrılması nəzərdə tutulur. Bu məbləğ ümumi büdcə xərclərinin 44,2 faizinə bərabərdir.

Göstərici 2025-ci ilin faktiki icra səviyyəsini 22,8 faiz üstələyir. Hesablamalara görə, 2027-ci ildə sosial sahəyə yönəldiləcək vəsait 2023-cü illə müqayisədə 4,4 milyard manat artacaq.

Büdcə siyasətinin qarşıdakı dövr üçün əsas məqsədləri sırasında iqtisadi inkişafın maliyyə təminatını yaratmaq, eləcə də dövlətin sosial və strateji öhdəliklərini tam yerinə yetirmək yer alır.