QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Pxenyan Şimali Koreyanın konstitusiyasında təsbit olunan nüvə statusunun tanınmamasını və ya mübahisə mövzusuna çevrilməsini müharibə elanı hesab edəcək.
Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumata görə, bu barədə ölkə lideri Kim Çen In bəyanat verib.
O, nüvə silahını hökmranlıq vasitəsi kimi görən qüvvələr mövcud olduqca KXDR-in nüvə statusundan geri çəkilməyəcəyini vurğulayıb.
Kim Çen In həmin statusa qarşı yönələn hər hansı cəhdi ölkənin daxili işlərinə qarışmaq və suverenliyini pozmaq kimi qiymətləndirib.