QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 8 Noyabr münasibətilə hazırlanan videosüjetdə bu tarix Azərbaycanın və Türk dünyasının qürur günü kimi təqdim olunub. Süjetdə Azərbaycan Ordusunun 44 gün ərzində torpaqları işğaldan azad etdiyi vurğulanıb.
Videomaterialda bildirilir ki, 27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatlarından sonra başlayan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına keçib. Ölkə əhalisi yaşından asılı olmayaraq 44 gün boyunca birlik nümayiş etdirib, əsgərlər Qarabağda döyüşərək şəhər və kəndlərin Vətənə qayıtmasına nail olublar.
Süjetdə müharibənin gedişində Şuşanın xüsusi əhəmiyyəti qeyd edilir. Qarabağın incisi adlandırılan şəhərin azad olunmasının müharibənin nəticəsini müəyyənləşdirdiyi, onun təbiəti və yetişdirdiyi sənətkarlarla tanındığı bildirilir.
Videosüjetdə xatırladılır ki, Şuşa altı il əvvəl, noyabrın 8-də azad edilib. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistan məğlubiyyətini qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Mustafa Kamal Atatürkün vəfat tarixinə təsadüf etdiyi üçün Şuşanın azad olunduğu 8 Noyabrı Zəfər Günü elan edib.