QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) əsas inflyasiya ölçüsü sayılan baza PCE indeksi aylıq hesablamada 0,3 faiz yüksəlib. Bu artım göstəricinin ardıcıl üçüncü ay eyni templə dəyişdiyini göstərir.

Ərzaq və enerji xərcləri çıxılmaqla hesablanan indeks bir il ərzində 3,3 faiz artıb. Bu, 2023-cü ildən bəri qeydə alınan ən yüksək səviyyədir. Gözlənti 3,2 faizlik artım idi, əvvəlki ayın illik göstəricisi isə 3,1 faiz olmuşdu.

İnflyasiyanın yüksək səviyyədə qalması FES-in gələn ay faiz dərəcələrini artırması ehtimalını yüksəldir.

Ayrı hesabatda ABŞ iqtisadiyyatının üçüncü rübdə illik hesabla 4,3 faiz böyüdüyü bildirilib. Son üç ilin ən sürətli artımına biznes investisiyalarının və istehlak xərclərinin çoxalması töhfə verib.