QafqazNews Manset.az-a istinadən xəbər verir ki, ABŞ-da davam edən qızılca epidemiyası bu il son illərin ən ağır göstəricilərinə çatıb və xəstəlik doqquz nəfərin həyatına son qoyub.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) noyabrın 24-nə olan statistikasında ölkənin 47 müxtəlif bölgəsində 6 039 yoluxma qeydə alınıb. Yoluxanların 18-i ABŞ-a gəlmiş xarici ziyarətçilərdir.
Ümumilikdə xəstələrin 671-i, başqa sözlə, yoluxma hallarının 11 faizi xəstəxanada müalicə almalı olub. Beş yaşına çatmamış uşaqlarda bu göstərici 17 faizdir.
Epidemiyadan ən çox zərər çəkən Pensilvaniyada 1 679 yoluxma qeydə alınıb. Bu rəqəmin 87-si son yeddi gün ərzində aşkarlanıb, 340 xəstə isə xəstəxanaya yerləşdirilib.
ABŞ-da qızılcaya yoluxma son 35 ilin ən yüksək həddinə yüksəlib. İndiyədək xəstəlikdən ölənlərin sayı 9 nəfərdir. Yoluxmaların artmasında peyvənd olunmayan şəxslər əsas səbəblərdən biri kimi göstərilir.
ABŞ bu ay 26 ildən sonra ilk dəfə qızılcanı tamamilə aradan qaldırmış ölkə statusunu itirib.