QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Dubaydan Bakıya gələn Hindistan vətəndaşının üzərində gömrük nəzarətindən gizlədilmiş zinət əşyaları aşkar edilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, sərnişin şəxsi yoxlamadan keçirilib. Yoxlama zamanı aşkar edilməsini çətinləşdirən üsullarla gizlədilən iki boyunbağı tapılıb.
Əşyalar 750 əyarlı, 79,27 qram qızıl və 57,779 karat brilyantdan hazırlanıb. Onların ümumi dəyəri 166 min 610 manatdır.
Fakt üzrə araşdırma aparılır.