QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ABŞ-də uçuşların idarə olunması sistemlərinin həddindən artıq yüklənməsi minlərlə reysin ləğv edilməsinə gətirib çıxarıb.
ABŞ Federal Aviasiya Administrasiyasının açıqlamasına əsasən, ölkədə hava nəqliyyatının fəaliyyəti bazar günü axşam saatlarınadək tam normal vəziyyətə dönəcək.
ABŞ-də son 25 ilin ən uzunmüddətli uçuş qadağasından sonra aviasiya sahəsində yaranan çətinliklərin aradan qaldırılması gözlənilir.