QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İran nüvə proqramını yenidən bərpa etməyə çalışır. İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin qurulması ilə bağlı çağırışında bu barədə danışıb.
Netanyahu bildirib ki, İsrail gələcəkdə də mümkün addımların hamısını atmalıdır. Onun sözlərinə görə, bu yanaşma birbaşa məhv edilmə təhlükəsinin qarşısının alındığı “Am Kelavi” və “Şaaqat Haari” əməliyyatları zamanı görülən tədbirlərə uyğun olmalıdır.
“Biz bu ekzistensial təhlükəni birdəfəlik aradan qaldırmalıyıq”, – Netanyahu vurğulayıb.