QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İranın İlam əyalətində işçiləri aparan avtobusun aşması 5 nəfərin ölümü, 17 nəfərin xəsarət alması ilə nəticələnib.

Qəza Dəşt-e-Abbas şəhərindən Murmuri istiqamətində hərəkət edən avtobusun neft quyuları yaxınlığında idarəetməni itirməsi ilə baş verib.

İlkin məlumata görə, xəsarət alan 17 nəfər təcili tibbi yardım əməkdaşları tərəfindən yaxınlıqdakı xəstəxanalara aparılıb.

Aidiyyəti qurumlar qəzanın səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparır.