QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, son bir həftədə bazarda bəzi balıq növlərinin qiyməti yüksəlib. Alıcılar satış məntəqələrində fərqli qiymətlərlə üzləşirlər.
Satıcıların bildirdiyinə görə, ötən həftə ilə müqayisədə ən çox İrandan gətirilən balıqlarda bahalaşma qeydə alınıb. Yerli məhsullar, əsasən, əvvəlki qiymətlərlə təklif olunur. Qiymət artımı daha çox foreldə hiss edilir.
Satıcılar qiymətlərə bazara çıxarılan balığın az olmasının da təsir göstərdiyini bildirirlər. Onların sözlərinə görə, alıcılıq qabiliyyətinin zəifləməsi satışları aşağı salır, müştərilər bu il ötən illə müqayisədə daha az alış edirlər.
Satıcılar məhsulun xaricdən daha çox gətirilməsi halında qiymətlərin enə biləcəyini düşünürlər.