QafqazNews Manset.az-a istinadən xəbər verir ki, İranın Dəşt-Abbas-Mormuri avtomobil yolunda sərnişin avtobusu aşıb. Hadisə nəticəsində ölənlər və yaralananlar var.
İlam vilayətinin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, qəza zamanı 17 nəfər xəsarət alıb, azı 5 nəfər həyatını itirib.