QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti İranın Dəşt-Abbas-Mormuri avtomobil yolunda sərnişin avtobusunun aşması barədə məlumat yayıb.

Qəza nəticəsində azı 10 nəfər həyatını itirib, 17 nəfər isə xəsarət alıb.

Hadisə yerində 10-dan artıq xilasetmə briqadası işləyib. Qəzanın başvermə səbəbləri araşdırılır.