QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Los-Ancelesdə süni intellektlə yaradılmış musiqilərə və onların hazırlanmasında iştirak edən şəxslərə həsr olunan AI Music Awards ilk dəfə təşkil edilib.

Mərasimin əsas mükafatları virtual R&B ifaçısı Hania Monetə verilib. Onun işi Billboard radio çartına daxil olmağı bacaran ilk süni intellekt bəstəsi kimi qeydə alınıb.

Hania Monet “İlin ifaçısı”, “İlin mahnısı” və “İlin albomu” olmaqla üç əsas nominasiyada qalib elan edilib.

Virtual obrazı Telişa “Nikki” Cons yaradıb. O, əvvəlcə mahnı mətnlərini yazır, ardınca süni intellektdən yararlanaraq onları musiqi əsərinə çevirir.

Layihə Billboard-un radio çartında yer alan “How Was I Supposed to Know?” mahnısından sonra musiqi sənayesinin diqqətini cəlb edib.

Cons bildirib ki, süni intellektlə hazırlanan musiqi dinləyicilərin alışmalı olduğu yeni reallıqdır. Onun fikrincə, bu istiqamət yaxın gələcəkdə aradan qalxmayacaq.