QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, ABŞ rəsmiləri son həftələr ərzində neft və yük gəmilərini hədəf alan, sayı təxminən 50-yə çatan kiberhücumların İran hakerləri tərəfindən həyata keçirilmiş ola biləcəyini araşdırırlar.

Hücumlara neft, mayeləşdirilmiş qaz və təhlükəli kimyəvi maddələr daşıyan gəmilər məruz qalıb. Avqustda ABŞ sahillərinə üzən bəzi tankerlərin naviqasiya sistemlərinə müdaxilə edildiyi də bildirilir.

Rəsmilər hadisələrin gəmi marşrutlarını pozmaq, daşımalar sahəsində təşviş yaratmaq və limanlarda təhlükəli vəziyyətlərə yol açmaq məqsədi daşıyıb-daşımadığını araşdırırlar.

Ehtimallardan birinə əsasən, hakerlər “Fortinet” marşrutlaşdırıcılarında müəyyən edilmiş “FortiBleed” adlı təhlükəsizlik boşluğundan yararlanıblar.

ABŞ rəsmiləri İranı, həmçinin, yüzlərlə su təchizatı qurumuna və tibbi texnologiya şirkətinə qarşı kiberhücumlarla əlaqələndirirlər. Federal Təhqiqat Bürosu gəmilərə qarşı hücumlarla bağlı açıqlama verməyib.