QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Ermənistan Konstitusiyasının layihəsi ictimai müzakirəyə və vətəndaşların təkliflərini təqdim etməsinə şərait yaratmaq məqsədilə yayımlanıb. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan hökumət binasının qarşısında jurnalistlərə açıqlamasında danışıb.

Simonyan Azərbaycana səfərinin dekabrın əvvəlində planlaşdırıldığını deyib. Onun sözlərinə görə, səfər Bakıya olmayacaq.

“Ehtimal edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə gedəcəyik, lakin Bakı olmayacaq”, – deyə o bildirib.

Ermənistan Təhlükəsizlik Şurasının katibi daha əvvəl də dekabrda Azərbaycana gələcəyini açıqlamışdı. Simonyan qeyd edib ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir müddət əvvəl Ermənistanda olub, bu dəfə isə onun Azərbaycana səfəri nəzərdə tutulur. Simonyanın bildirdiyinə görə, görüşlərdə texniki məsələlər və əməkdaşlıq müzakirə ediləcək.

Hikmət Hacıyev bu ilin iyununda ilk dəfə Ermənistanın Dilican şəhərinə səfər etmiş, həmin vaxt Ermənistan Təhlükəsizlik Şurasının katibi olan Armen Qriqoryanla görüşmüşdü. Ermənistan Təhlükəsizlik Şurasının məlumatında növbəti görüşün Azərbaycanda keçiriləcəyi bildirilmişdi.