QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri noyabrın 8-də və 9-da fəaliyyət göstərməyəcək.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatına görə, fasilə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlıdır.

Noyabrın 10-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət edərək müvafiq xidmətlərdən istifadə edə biləcəklər.