QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Avropada fəaliyyət göstərən bir sıra daşıyıcı şirkətləri hədəf alan kibertəhdidlərin müəllifləri hücumları davam etdirəcəklərini açıqlayıblar.

Noyabrın 6-da İrlandiyanın RTE yayım korporasiyasının yerləşdiyi binaya bomba qoyulduğu barədə xəbərdarlıqdan sonra əməkdaşlar təxliyə edilib. Təhdidin əvvəlki gün Avropada çoxsaylı reyslərə təsir göstərən saxta bomba məlumatlarını yayan qruplaşma tərəfindən göndərildiyi ehtimal edilir.

Mesajda bildirilib: “Bu, yalnız başlanğıcdır. Bu həftə baş verənlər yaxın gələcəkdə Avropanı gözləyənlərin yalnız kiçik bir hissəsidir... Çox tezliklə sizin təyyarələrinizi, kruiz gəmilərinizi, metro stansiyalarınızı və qatarlarınızı partladacağıq”.

Təyyarələrə bomba yerləşdirilməsi ilə bağlı xəbərdarlıqlar son iki gündə Avropada ən azı 30 reysin fəaliyyətinə təsir edib.