QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Türkiyənin Nevşehir şəhər polisinin qanunsuz mərc və çirkli pulların yuyulmasına qarşı keçirdiyi əməliyyatlarda 119 nəfər saxlanılıb.
Saxlanılanlardan 90-ı barədə məhkəmə həbs qətimkan tədbiri seçib. Nevşehir prokurorluğunun istintaqı nəticəsində şübhəlilərin Avanos rayonundakı əyləncə məkanlarından biri və Adanada yaşayan bəzi şəxslərlə əlaqəli fəaliyyət göstərdiyi müəyyən olunub.
İstintaq materiallarına əsasən, şübhəlilər komissiya qarşılığında bank hesablarına dair məlumatlar toplayıb, qanunsuz mərcdən gəlir əldə edib, daha sonra həmin pulları kriptovalyuta birjaları və zərgərlər vasitəsilə yuyublar. Cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulmasında altı zərgərin də iştirak etdiyi aşkarlanıb.
Şübhəlilərin qurduğu şirkətlərin bank hesablarında təxminən 20 milyard lirə olduğu üzə çıxıb. Bununla bağlı noyabrın 3-də Nevşehir də daxil olmaqla Türkiyənin 34 vilayətində əməliyyat keçirilib.
800-dən artıq polis əməkdaşının qatıldığı əməliyyatlarda 119 şübhəli tutulub. Axtarış zamanı altı qanunsuz tapança, iki qanunsuz tüfəng, bir qılınc, xeyli patron, müxtəlif şəxslərin bank kartları və rəqəmsal materiallar götürülüb.