QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndində birinci mərhələnin açılışına qatılıblar.
“Vətənə xidmətə görə” ordeninin sahibi, şəhid Ziyadxan Əliyevin anası dövlət başçısı ilə görüşdə Azərbaycan Ordusunun qüdrətindən, xalqın həmrəyliyindən və əldə olunan zəfərdən danışıb. O, minnətdarlığını ifadə edərək deyib: “Necə deyim, yaşamadığımız, düşünə bilmədiyimiz bir möcüzəni Siz bizə yaşatdınız, əsgərlərimizlə, ordumuzla bərabər, xalqın birliyi ilə bərabər. İnşallah, birliyimiz pozulmasın”.
Şəhid anası Prezidentə dəstəyini də dilə gətirib: “Allah Sizi var eləsin. Siz bizim əbədiyaşar Prezidentimizsiniz”.