QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, İran Rusiyadan “S-400” zenit-raket kompleksləri almaq üçün danışıqlar aparır.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ölkənin ali lideri Müctəba Xameneinin sistemlərin tədarükü ilə bağlı müraciətini əks etdirən məktubu Rusiya Prezidenti Vladimir Putinə çatdırıb.

Tehran ABŞ və İsrailin dağıdıcı zərbələrindən sonra hava hücumundan müdafiə sistemini bərpa etməyə çalışır.

Moskvanın Ukraynadakı hərbi ehtiyaclarını nəzərə alaraq “S-400” komplekslərinin verilməsinə həvəssiz şəkildə razılıq verə biləcəyi bildirilir.