QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistan və Gürcüstan dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində işi davam etdirmək barədə razılığa gəliblər.
Noyabrın 6-da İrəvanda iki ölkənin sərhəd məsələləri üzrə komissiyalarının iclası keçirilib. Görüşə Ermənistan xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan və Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya həmsədrlik ediblər.
Komissiyaların bir neçə illik fasilədən sonra yenidən fəaliyyətə başlaması müsbət qiymətləndirilib. Tərəflər delimitasiya prosesinin davam etdirilməsinin iki ölkə arasında mehriban qonşuluq əlaqələrinin möhkəmlənməsi üçün əhəmiyyətini qeyd ediblər.
Ermənistan və Gürcüstan sərhədin müəyyənləşdirilməsi işini davamlı dialoq və konstruktiv əməkdaşlıq yolu ilə başa çatdırmaq niyyətində olduqlarını bildiriblər.
İclasda prosesin hüquqi əsasları, əvvəlki razılaşdırılmış protokollar, mümkün əlavə addımlar və komissiyaların qarşıdakı fəaliyyət istiqamətləri də müzakirə olunub.