QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Vladimir Putin noyabrın 10-da Əbu-Dabidə keçirilməsi nəzərdə tutulan Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqları təsdiqləyib.

Məsələ Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə baş tutan operativ müşavirədə gündəmə gəlib.

Putin Ukrayna böhranının həlli yollarının axtarışına ardıcıl dəstək verdiyinə və humanitar məsələlərdə yardım göstərdiyinə görə Birləşmiş Ərəb Əmirliklərinin rəhbərliyinə təşəkkür edib. O, Əmirliklərin əsirlərin və digər şəxslərin mübadiləsi ilə bağlı humanitar məsələlərdə dəstəyini də qeyd edib.