QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş Kriştiano Ronaldunun yığmadan ayrılmasından sonra kapitanlıq sarğısını daşıya biləcək futbolçuları açıqlayıb.

Jezuşun sözlərinə görə, kapitanın müəyyənləşdirilməsində millidə keçirilən oyunların sayı əsas götürülür. O bildirib ki, hazırda yığmada ən çox oyuna çıxmış beş futbolçunun hər biri əvvəllər onun rəhbərliyi altında çalışdırdığı klublarda oynayıb və bu yanaşma gələcəkdə də saxlanılacaq.

Məşqçinin sözlərinə görə, Ronaldudan sonra ən çox oyuna çıxan futbolçu Bernardo Silvadır. Onun ardınca Ruben Diaş, Joau Kanselu, Ruben Neveş və Bruno Fernandeş gəlir. Jezuş sıralamanın mütləq bu formada olmadığını, kapitanlıq üçün namizədlərin isə həmin beş futbolçu olduğunu vurğulayıb.