QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Ev Aparatında vəzifə dəyişikliyi barədə qərarını açıqlayıb. Hazırda Aparat rəhbərinin müavini olan Stiven Miller noyabrın 9-dan rəhbər vəzifəsini icra edəcək.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb. O bildirib ki, yaxın məsləhətçilərindən saydığı Miller yeni vəzifəsinə 2026-cı il noyabrın 9-da başlayacaq.
ABŞ prezidenti hazırkı Aparat rəhbəri Syuzan Uaylsın postundan ayrılacağını da qeyd edib. Uayls bundan sonra Trampın siyasi fəaliyyəti ilə bağlı qeyri-hökumət təşkilatında çalışacaq.
Tramp Uaylsın Ağ Evdəki işini yüksək dəyərləndirib və onun fəaliyyətindən razı qaldığını bildirib.