QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Paris yaxınlığındakı Fren kommunasında naməlum şəxslər “Mistral” liseyində yanğın törətməyə cəhd göstərib. Hadisə zamanı şagirdlər və məktəb əməkdaşları binadan çıxarılıb.
Hadisə noyabrın 6-da dərslər davam edən vaxt baş verib. Bakı vaxtı ilə saat 13:00-da yanğın siqnalı işə düşüb. Təxminən yarım saat sonra bir neçə nəfər liseyə daxil olaraq fişənglər atıb. Xəsarət alan olmayıb.
Şəxslər daha sonra tualet kağızı və zibil qablarını yandırmağa çalışıblar. Hadisə yerinə gələn polis əməkdaşları onların qarşısını alıb.
Lisey rəhbərliyi şagirdlərin təxliyəsini təşkil edib və onları məktəbin həyətində toplayıb. Hadisədən sonra təhsil müəssisəsi noyabrın 7-də günortayadək distant təhsilə keçib.
Polis şübhəliləri hələ saxlamayıb.