QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Kaliforniya qubernatoru, demokrat Qevin Nyusom ştatda ölüm hökmünə məhkum edilənlərin hamısının cəzasını ömürlük həbslə əvəzləmək qərarına gəlib.

“Konstitusiyanın mənə verdiyi əfv səlahiyyətindən istifadə edərək Kaliforniyada bütün ölüm hökmlərini ömürlük həbs cəzası ilə əvəz etmək qərarı verdim”, – Nyusom bildirib.

Qubernator qərarını belə əsaslandırıb: onun sözlərinə görə, Kaliforniyada 500-dən artıq məhkumun dövlət tərəfindən öldürülməsi ştatın dəyərlərinə uyğun deyil.

Nyusom 30 ildir ölüm hökmünə qarşı olduğunu da qeyd edib. O əlavə edib ki, Kaliforniyada son bir il ərzində heç bir edam həyata keçirilməyib.

Qubernatorun qərarından öncə ştatda edamını gözləyən 548 nəfər ölüm hökmünə məhkum edilmişdi. Nyusomun sözlərinə görə, bu göstərici Qərb yarımkürəsində ən yüksək rəqəmdir.