QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq yaxınlığında kiçik təyyarə qəzaya uğrayıb.
Qəzadan sonra təyyarə avtomobil yoluna düşüb. Hadisə iki nəfərin ölümü ilə nəticələnib.
Əraziyə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları göndərilib. Qəza səbəbindən Hannover istiqamətində avtomobil yolunda hərəkət dayandırılıb.