QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması fonunda iqtisadi və ticari əlaqələr formalaşıb. Prezident İlham Əliyev bu barədə noyabrın 25-də Litvanın xarici işlər naziri Kestutis Budrisi qəbul edərkən danışıb.
Dövlət başçısının sözlərinə görə, üçüncü ölkələrdən Ermənistana, eləcə də Ermənistandan digər ölkələrə yüklərin Azərbaycan ərazisi vasitəsilə tranzit daşınması üçün imkan yaradılıb.
İlham Əliyev son bir ildə Azərbaycan ərazisindən Ermənistana 100 min tondan çox yük aparıldığını bildirib.